Bakı, 16 dekabr, AZƏRTAC
Bu gün "Sabah" basketbol komandası FIBA Çempionlar Liqasının qrup mərhələsində sonuncu oyununa çıxacaq.
AZƏRTAC xəbər verir ki, Bakı təmsilçisi Almaniyada “Alba”nın qonağı olacaq. Görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Qeyd edək ki, hazırda "Sabah" B qrupunda 6 xalla sonuncu - dördüncü yerdədir.