Elşən Mirişli
Gəncə şəhəri, tarixçi
Andranik Torosoviç Ozanyan 25 fevral 1865-ci ildə Osmanlı dövlətinin Karahisar şəhəri yaxınlığındakı Şatah qəzasında sənətkar ailəsindədoğulmuşdu.Gəncliyi eyş-işrət içində sərsəri həyat sürməklə keçirən Andranik tezliklə ruslara quyruq bulayır.Bir müddət “Hnçak”partiyasının,sonra isə “Daşnaksütunun” üzvü olub.Dişlərini bütün Avropa dövlətlərinə, birinci növbədə bütün Qara dənizə qıcayan Rusiya İmperatorununOsmanlı İmperatorluğunda yaratdığı quldur dəstələrinə bir könüllü kimiAndranik də qoşulur.1880-ci illərdə Andranik Osmanlı dövlətinə xəyanət etdiyi üçün cəza kimi onun qulağının birini kəsirlər, bundan sonra ona xalq arasında “birqulaqlı Andranik” deyirlər.Andranik Osmanlı dövlətinin ərazində fəaliyyət göstərən erməni quldur dəstələri üçün Rusiya İmperiyasının gizli göndərdiyi silahların çatdırılması ilə məşğul olur.1890-cı illərdə Osmanlı ordusuna qarşı döyüşlərdə iştirak edir.
Bu zaman Rusiya hökuməti vəd edir ki,”Andranik kimi oğulları olan” xalqa hər şey-hətta Böyük Ermənistan imperiyasının gələcək hökmdarı olmaq da halaldır.Əgər erməni quldurları Osmanlı hüdudlarında rus imperatoruna sədaqətlə qulluq etsələr, rus imperatoru daOsmanlıdan torpaq alıb “Böyük Ermənistan” dövlətini yaradacaq.Avropa dövlətlərinin xüsusilə İngiltərənin işə qarışması ilə Rusiyanın və erməni quldurlarının uydurduqlarıbu plan pozuldu.Sultan II Əbdülhəmid (1876-1909) də ingilis müdaxiləsindən məharətlə istifadə edərək Osmanlı hüdudlarında fəaliyyət göstərən rusların himayəsi ilə yaradılmış bütün erməni quldur birləşmələrini darmadağın edib,pərən-pərən saldı.Elə həmin ərəfədə ələ keçən Andranikin bir qulağı sağ qulağı kəsildi. İki erməni fahişəsinin “qayğısı” sayəsində birqulaqlı Andranik türk hərbçilərin əlindən qurtula bildi.Ölümdən zorla qurtulan Andranik əvvəl Rusiyada özü kimi minüzlü,minsifətlilərin yanında (Sevastopolda) sığınacaq tapdı.Bir müddət (1895-1897) orada yaşadı.Sonra isə Zaqafqaziyada,əsasən ermənilərin çoxluq təşkil etdiyi Batum vəTiflisə səfərə çıxaraq, bir dəstə özü kimi avara-tüfeyli ermənini başına toplayıb yenidən Osmanlı hüdudlarına soxuldu.
Həmin dəstə 1901-ci il noyabr ayının 11-də Muş yaxınlığında peyda oldu.Noyabrın 20-də isə həmin quldur dəstəsi Muşdan şərq tərəfdə 5-6 kilometrlikdə yerləşən Surp-Arakel monastrını zəbt edərək,oranı kiçik qalaya çevirdi...Onu da qeyd edək ki,Surp-Arakel monastrında Andranikin quldur dəstəsi ilə birlikdə ruhani və kəndlilər,o cümlədən qadın və uşaqlar da var idi.Onun dəstəsi Osmanlı Hamidiye süvari alayı tərəfindən Osmanlı hüdudlarındanqovuldu.1904-cü ildə Osmanlı dövlətində II Sason üsyanını tərtib etdi.1000 erməni qulduru ilə gerçəkləşən üsyan anında yatırıldı.Andranik Muşa qaçmaqla qurtuldu.”Üç dövlətin fahişəsi” titulunu alan Andranik əvvəl Bolqarıstana 1905-ci ildə ara qarışdırmağa qaçdı.1907-ci ildə Bolqarıstanda Daşnaksütunun IV qurultayında iştirak edir.
Balkan müharibəsi.1912-ci ildə müharibə başlayanda,QaragenNjde ilə birlikdə ermənilərdən ibarət könüllü dəstə yaradır.Burada erməni silahlı dəstələri yerli türk əhalisinə qarşı kütləvi soyqırımlar törətməklə məşğul idi.Bu soyqırımlarda fəal iştirakına görə Andranik Torosoviç Ozanyan Bolqarıstanın ali dövlət təltifi olan, “İgidliyə görə qızıl xaç” ordeni ilə təltif olunur.Bundan əlavə onu digər mükafatlarla da təltif edirlər,həmçinin Andranik Bolqarıstan vətəndaşlığına qəbul olunur.Andranik Osmanlıya qarşı 1912-1913-cü illərdəki I və II Balkanmüharibələrində fəal quldurluq edərək,bir müddət silahsız türk əhalisinin soyqırımı və kütləvi məhvi ilə məşğul olur. Bolqarıstanda türk soyqırımıvə qətliamı törətdiyinə görəI Bolqar çarı I Ferdinand Andranik və onun dəstəsinə rəsmi dövlət maaşı verilməsi haqqında fərman verdi.
Birinci Dünya müharibəsi.1914-cü ilin avqustunda Tiflisdə Andranik Rusiyanın Qafqaz ordusunun komandanı Aleksandr Malışayevski ilə görüşür və rus ordusuna öz xidmətlərini təklif edir.Həmin ərəfədə elə ruslara daOsmanlı dövlətinə yaxşı bələd olan Andranik kimibir quldur lazım idi...Onun arzusu rus generallarının ürəyincə oldu.Osmanlı hüdudlarında savaş üçün erməni könüllülərindən ibarət rusların hazırladığı 4 korpusdan birini Andranikə həvalə etdilər. Andranik öncül korpusun komandanı təyin olundu.Türk ordusuna qarşı hərbi əməliyyatlarda iştirakına görə rus və fransız ordusunun komandanlığı tərəfindən bir sıra orden və medallarla təltif edilir.
1916-cı ildə Rusiya İmperiyası ordusunun komandanlığı ilə yaranan problemlərə görə cəbhəni tərk edir.Andranik Osmanlı dövlətinin şərqində olduğu müddət ərzində,onun başçılıq etdiyi silahlı erməni dəstələri türk və müsəlman əhalisinin kütləvi qətlləri və soyqırımı ilə məşğul olur.
1917-ci ildən sonra.1917-ci il fevral inqilabından sonra Qafqazdakı rus ordusu tədricən dağılmağa başlayır.Yaranmış vəziyyətdən istifadə edən ermənilər,öz silahlı dəstələrini gücləndirir,rus imperiya ordusundan qalmış silah və sursantı mənimsəyirdilər.Bu zaman başsız qalmış Rusiyanın Qafqaz Ordusunun komandanlığı Andranikə general-mayor rütbəsi verir,lakin qeyd etmək lazımdır ki,yaranmış vəziyyətdə komandanlığın verdiyi rütbələr daha çox rəmzi əhəmiyyət kəsb edirdi.
Oktyabr çevrilişi.Yulian təqvimi ilə 1917-ci ilin 25 oktyabrındaRusiyada baş vermiş,tarixdə ən önəmli hadisələrdən biri adlandırılansilahlı çevriliş iləbolşeviklər rushökümətini devirdilər.Yeni qurulan proletariat diktaturası yəni kommunist partiyasının diktaturası burjuadövlətlərində olduğundan dövlət hakimiyyətini daha güclü və despottik göstərirdi.Leninə görə proletariat üçün və kommunizminhəyata keçirilməsi və Rusiya İmperiyasının ərazisini yenidən ələ keçirilməsi üçün demokratiya qətiyyən lazım deyildir. 1917-ci ildə Rusiya Müvəqqəti hökumətinin devrilməsindən sonra müharibə dayandı. General Baratovun ordusu rus-türk cəbhəsini tərk etməkməcburiyyətində qaldı.Andranik hərifləməyə rus generalı tapa bilməyəcəyini yəqin edib, rus-türk cəbhəsində rusların silah sursatlarını oğurlayıb qaçdı.Andranik 1918-ci ildə Ermənistanla Osmanlı dövlətiarasında imzalanmış müqaviləni tanımaqdan imtina edir. Komandanlıq etdiyi 15 minnəfərlk erməniordusu ilə Qacar dövlətinin(1796-1925) Xoy şəhərini, Güney Azərbaycanın Culfasını adlayaraq Naxçıvanərazisinə basqın etdi.1918-ci ilin iyul ayının əvvəlində başkəsən Şaumyandan təbrik teleqramı alaraq,böyük ruh yüksəkliyi ilə silahsız və günahsız Azərbaycan türklərini qılıncdan keçirməyə başladı.Bu dəfə Andranik bolşeviklərlə əməkdaşlıq etməyə başlayır, o, 1918-ci ilin iyulunda Stepan Şaumyana teleqramgöndərir,teleqramda Andranik bildirir ki, “ Naxçıvan qəzası özünü Sovet Rusiyasının bir hissəsi sayır və o özü dəstəsi ilə birlikdə bolşeviklərin tabeliyinə keçməyə hazırdır”.Lakin iyulun 19-da Osmanlı ordusu Naxçıvan və Culfanı tutur, AndranikZəngəzura qaçır. Zəngəzurda Andranikin rəhbərlik etdiyi silahlı dəstələr Azərbaycan kəndlərini dağıtmaqla məşğul idilər,Bu kəndlərin əhalisi kütləvi şəkildə öldürülür, diri-diri yandırılır, qılıncdan keçirilirdi.Andranikin quldurlarının vəhşiliyi barədə erməni tarixçisi A. Lalayan bunları yazır: “Andranikin başçılıq etdiyi daşnak dəstələri,türk kəndlilərinin uşaqların, qadınların və qocaların qətli zamanı “böyük şücaət” göstərdilər.Daşnak dəstələri tərəfindən tutulmuş müsəlman kəndlərində, sağ adamlar qalmırdı, onlar insan qalıqları ilə dolu,xarabalığa çevrilirdi”.
Andranikin silahlı dəstələri 1918-ci ildə Naxçıvan qəzasının Yaycı kəndinə hücum edərək 2500 nəfəri qətlə yetirir,meyitlərini isə Araz çayına atır.Arazın sol sahilindəki Yaycı kəndində qətliam zamanı Andranikinhamilə qadınların bətninə nizə və qılınc soxduğu o dövrünhadisə şahidləri tərəfindən qələmə alınır.Yaralı körpələriAraz çayınıntürk balalarının qanına boyanmış sularında boğmaqdan həzz alan cəllad və qaniçən Andranik öz qoşununu Çənnəb,Aza,Yaycı,Camaldın,Əbrəqunis,Ərəzin,Çeşməbasar kəndlərində yerləşdirdi.Azərbaycan türkləriöz dədə-baba yurdyerlərindən didərgin salındılar:evlər,məscidlər,hətta örüşlər belə yandırıldı,zəmilər odlara qalandı.
1918-ci ilin sonlarında Andranikin dəstələri Qarabağda bir çox Azərbaycan kəndlərinə hücum edərək kütləvi qətllər törədir,kəndləri talan edir. Rəsmiməlumatlara görə 115 kənd dağıdılmış, 10 mindənartıq əhalisi qətlə yetirilmiş, əmlakları, talan edilmişdir.İrəvan vilayətinin bütün kəndləri Andranik, Dro və sair erməni quldurları tərəfindən yer ilə yeksan və əhalisi məhv edilmişdi.Bu qırğından qurtulanların hamısı Gəncə və sairə yerlərdə yerləşdi.İrəvan hadisəsi seymin 5,7,19,20 fevral iclaslarında böyük gurultulara səbəb olmaqla İrəvanaheyətlər göndərildi.Bu heyətlər təhqiqat apararaq qayıtdı və İrəvanda vəonun 211 kəndinin məhv edilməsi və 100 minə qədərAzərbaycan türkü əhalisinin məhvedildiyini isbat etdi.Seym tərəfindən soyqırımdan qaçan mühacirlər üçün 15 milyon rubl yardım təyin edildi isə də, 3 milyon rublu verildi və biçarələrin ehtiyaclarını tamamilə dəf edilmədi.Beləcə,İrəvan vilayətində olan müsəlman və türklərin kütləvi soyqırımı törədildi.
Ümumiyyətlə,1918-1921-ci illərdə Azərbaycana dişini qıcayan amerikan-ingilis işğalçıları başda olmaqla Antanta dövlətlərivə BolşevikRusiyasıdaşnak-erməni qoşunlarını silahlandırır, milli qırğınlar törədirdilər.Həmin milli qırğınlar nəticəsində Ordubad, Naxçıvan,Şərur-Dərələyəz qəzalarında 6 minə yaxın dinc əhali qılıncdan keçirildi.İyul ayının ortalarında Andranik Nehrəm kəndinə basqın etdi. O,burada ilk güclü müqavimətə rast gəldi. Kənd əhalisi Hacı MehdiBağırlının və Kərbalayi Muxtarın başçılığı ilə ölüm –dirim mübarizəsinə qalxdı.Nəccar Hacı Mehdi Bağırlı döyüşə siyasi,mənəvi rəhbərlik edirdi. Muxtar isə komandir kimi düşmənə qənim kəsilmişdi.O,çox tədbirli, səbatlı və taktiki hazırlıqlı komandan idi.Ətraf kəndlər də Nehrəm kəndinə qoşularaq,mübarizəyə qalxmışdılar.Ərəzin,Camaldın,Kırna,Bənəniyar və başqaları.Qaçaq Süleymanın dəstəsi isə yenə də daşnaklara arxadan zərbə vuraraq,düşmənə canlı tələfat verirdi.Andranik Nehrəm kəndinin kənarından keçib,Təzəkənddə cəmləşən 300 nəfərlik silahlı daşnak dəstəsi ilə birləşməyə cəhd göstərirdi.Lakin buna nail olmayan Andranik geri çəkilməyə məcbur oldu.Andranikin quldur dəstəsi tərəfindən onlar geri çəkilərkən,təkcə Naxçıvandan 11 kənd, müvafiq olaraq Ordubadda 9,Culfada 3,ümumiyyətlə,30 kənd viran edilmiş,var-yoxu aparılmış,qarət olunmuşdur.
Sirab dərəsində sığınacaq tapan 20 min əhali qocadan tutmuş körpəyədək güllələnmiş,qılıncdan keçirilən Yaycı kəndinin əhalisinin isə meyitləri Arazçayına atılmışdır.
1918-ci il may ayının 28-də Zaqafqaziya Demokratik Federativ respublikası (22 aprel1918-28 may 1918) öz səlahiyyətini itirəndə,bütün regionda müstəqil respublikalar yarandı. O qəbildən Naxçıvan mahalında da Araz Türk Respublikası meydana gəlmişdi.Həmin respublikanın ərazisi indiki Naxçıvan Muxtar Respublikasından qat-qat artıq idi. Sərdarabad, Uluxanlı, Vedibasar, Qəmərli, Şərur, Naxçıvan, Ordubad, Culfa kimi böyük əraziyə malik həmin respublika da,Azərbaycankimi müxtəlifbəhanələrlə doğranıb, müxtəlifillərdə ermənilərə paytorpaq verilmişdi.
1919-cu ilin aprelində Andranik Eçmiadzinə gəlir,burada o dəstəsinin böyük hissəsini sərbəst buraxır,bir hissəsini özü ilə mühacirətə aparır. Birinci Dünya Müharibəsindən sonra Türkiyə hökuməti Andranikin hərbi cinayətkar kimi beynəlxalq axtarışını elan edir.Andranikmühacirətdə Fransada,sonra Amerika Birləşmiş Ştatlarında yaşayır. ABŞ –da 31 avqust 1927-ci ildə 62 yaşındaKalforniya ştatının Freno şəhərində ölür.