RU

"Barselona"nın çətin "səfər"i: Bu matça "yüksək riskli oyun" statusu verildi

“Barselona” 2026-cı ilə İspaniya futbolunun ən gərgin qarşılaşmalarından biri ilə başlayacaq.

Publika.az xəbər verir ki, yanvarın 3-də “Espanyol”a qarşı keçiriləcək Kataloniya derbisi rəsmi olaraq "yüksək riskli oyun" elan edilib.

Bu qərar tamaşaçı təhlükəsizliyi və mümkün iğtişaşlarla bağlı narahatlıqlardan sonra İdmanda Zorakılıq, İrqçilik, Ksenofobiya və Dözümsüzlüyə Qarşı Dövlət Komissiyasının Daimi Komissiyası tərəfindən qəbul olunub.

Son illərdə baş verən hadisələr bu derbiyə əlavə gərginlik qatıb. “Barselona”nın RCDE stadionunda çempionluğu qeyd etməsindən sonra meydançaya kütləvi hücumlar və əvvəlki derbilər zamanı yaşanan digər ciddi insidentlər vəziyyəti daha da həssas edib. Bu dəfə isə əlavə gərginlik yaradan məqam yayda qapıçı Joan Qarsiyanın “Espanyol”dan “Barselona”ya transfer olunmasıdır. Bu keçid ev sahibi azarkeşlərin ciddi narazılığına səbəb olub.

Избранный
31
publika.az

1Источники