RU

Rusiya Gürcüstanla BARIŞMAQ İSTƏYİR – Tbilisidən SƏRT CAVAB

Rusiya XİN münasibətlərin bərpasına hazır olduğunu bildirib, Gürcüstan isə ərazi bütövlüyünü tələb edib.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb.

Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mixail Kaluqin bəyan edib ki, Moskva Gürcüstanla münasibətləri normallaşdırmağa ciddi yanaşır.

Onun sözlərinə görə, əsas şərt Tbilisinin anti-Rusiya oyunlarında “xırda pula” (alətə) çevrilməməsidir.

Diplomat Gürcüstanın xarici siyasətdə sağlam praqmatizm nümayiş etdirdiyini, xüsusilə Rusiyaya qarşı “ikinci cəbhə” açmaqdan imtina etdiyini təqdir edib.

O qeyd edib ki, diplomatik əlaqələrin olmamasına baxmayaraq, iqtisadi əlaqələr inkişaf edir.

Bu bəyanata cavab olaraq Gürcüstan parlamentinin spikeri bildirib ki, rəsmi Tbilisi də münasibətlərin normallaşmasına hazırdır, lakin bir şərtlə: Rusiya Gürcüstanın ərazi bütövlüyünü tanımalıdır.

Xuraman Etibarlı

İnterpress.az

Избранный
131
interpress.az

1Источники