Qarabağı könüllü tərk etmiş ermənilərdən 26 233 nəfəri Ermənistan vətəndaşlığı alıb.
Herbiand.az APA -ya istinadən xəbər verir ki, bunu Ermənistanın əmək və sosial məsələlər nazirinin müavini David Xaçatryan "Vətəndaş müqaviləsi" fraksiyasının deputatı Babken Tunyanın sualına cavab olaraq bildirib.
Onun sözlərinə görə, daha 6 696 nəfər isə vətəndaşlıq üçün müraciət edib və onların müraciətləri baxılma mərhələsindədir.
“Bu günə qədər 26 233 nəfər vətəndaşlıq alıb, onlardan 16 919-u yetkin, 8 314-ü isə yetkinlik yaşına çatmayandır. Vətəndaşlıq üçün müraciət edən və ərizələri hələ də işlənmə mərhələsində olanların sayı 6 696-dır”, - Xaçatryan bildirib.