RU

İstehlakçılar və tərəfdaşlar niyə “Bonaqua”ya üstünlük verir?

Bakı. Trend:

Coca-Cola şirkətinin istehsal etdiyi “Bonaqua”, Azərbaycanda vəbeynəlxalq arenada həm istehlakçıların, həm də tərəfdaş qurumlarınetibarını qazanmış aparıcı içməli su brendlərindən biri kimimövqeyini daha da möhkəmləndirir. Brendin artan nüfuzunun əsasınıisə müasir texnologiyalara əsaslanan istehsal prosesi, yüksəkkeyfiyyət standartları, ekoloji məsuliyyət və geniş tərəfdaşşəbəkəsi təşkil edir.

Belə ki, 2025-ci ildə “Bonaqua” suları “Beynəlxalq Dadİnstitutu” tərəfindən təqdim edilən nüfuzlu “Üstün Dad Mükafatı”nalayiq görülüb. Bu mükafat bir daha “Bonaqua”nın yalnız dadınadeyil, eləcə də istehsal prosesindəki peşəkarlığına görə beynəlxalqsəviyyədə tanındığını təsdiqləyir.

“Bonaqua”nın etibarlılığı təkcə istehlakçı rəylərində deyil,eyni zamanda onunla əməkdaşlıq edən qurumların seçimində də özəksini tapır. Şamaxı FK, ASAN Könüllülər, “Nargis” Fondu kimi birçox nüfuzlu təşkilatlar “Bonaqua”nı rəsmi su tərəfdaşı kimiseçir.

Həkim-diyetoloq, AQTİ eksperti Tutu Zeynalova dabildirir ki, brendin keyfiyyətə davamlı nəzarəti, həmçinin istehsalstandartlarına ciddi riayəti onu bazarda etibarlı və təhlükəsiziçməli su brendlərindən biri kimi fərqləndirir:

“Bədənin normal fəaliyyətini təmin etmək üçün gün ərzindəkifayət qədər və keyfiyyətli su qəbul etmək böyük əhəmiyyətdaşıyır. Belə ki, ümumi bədən kütləsinin təxminən 55–70%-i; beyin,ürək və ağciyərlər kimi həyati orqanların 75–80%-i; qanın isə80%-dən çoxu sudan ibarətdir. Lakin istehlakçılar su seçimindədiqqətli olmalıdır. Orqanizmi su ilə təmin etmək üçün hər brendəgüvənmək olmaz. Keyfiyyətli, mineralalrla zəngin sulara üstünlükverilməlidir. “Bonaqua” gündəlik istifadə üçün rahatlıqla tövsiyəedilə bilən sular sırasına daxildir. Bunun əsas səbəbləri suyuntəmiz və etibarlı mənbədən əldə olunması, mineral balansınınoptimallaşdırılması, keyfiyyət standartlarına uyğunluğudur”.

Qeyd edək ki, “Bonaqua” brendi “Coca-Cola” şirkətinin yüksəkkeyfiyyətli içkilər portfelinə daxildir. Brendin istehsalındamüasir texnologiyalarla təmizlənmiş təbii su mənbələrindən istifadəolunur.

Xatırladaq ki, “Coca-Cola” 2025-ci ildə Azərbaycanda 30 illikyubileyini qeyd edib. Şirkət Azərbaycandakı fəaliyyətinə 1994-cüildə Türkiyənin beynəlxalq içki istehsalı şirkəti olan “Coca-Colaİçecek”in tərkib hissəsi olaraq “Azerbaijan Coca-Cola Bottlers”ınyaradılması ilə başlayıb və o vaxtdan bəri “Coca-Cola”, “Fanta”,“Sprite”, “Bonaqua”, “Cappy” və “Fuse Tea” kimi məşhursərinləşdirici içki markalarının istehsalı və satışı iləməşğuldur.

Избранный
128
4
az.trend.az

5Источники