RU

Mareska gedir, Xavi gəlir

ain.az xəbər verir, Qol.az saytına əsaslanaraq.

Mareska gedir, Xavi gəlir

"Çelsi" yanvar ayında baş məşqçi dəyişikliyi etməyi planlaşdırır.

QOL.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

London təmsilçisi hazırkı çalışdırıcısı Enzo Mareskanı istefaya göndərmək niyyətindədir. Bildirilib ki, klub əsas komandanı "Barselona"nın sabiq baş məşqçisi Xaviyə tapşırmaq qərarına gəlib. "Çelsi" artıq mütəxəssislə danışıqlar aparır. 

Qeyd olunur ki, Mareska Premyer Liqada “Everton”a 2:0 hesabı ilə qalib gəldikdən sonra verdiyi müsahibədə “Çelsi” rəhbərliyində bəzi şəxslərin onu və klubu dəstəkləmədiyini bildirib. İtaliyalı mütəxəssis London təmsilçisini 2024-cü ilin yayından çalışdırır. Hazırda “Çelsi” İngiltərə Premyer Liqasının turnir cədvəlində 28 xalla 4-cü pillədə qərarlaşıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
51
2
qol.az

3Источники