RU

Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edilib

ADY artan sərnişin tələbatını təmin etmək məqsədilə 20 və 21 dekabr tarixlərində Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edir.

Day.Az xəbər verir ki, bu barədə Azərbaycan Dəmir Yolları QSC məlumat yayıb.

Bildirilib ki, eyni zamanda, bu istiqamətlər üzrə gündəlik Bakı-Qazax-Bakı marşrutu ilə də səfər edə bilərsiniz.

Biletləri dəmiryol kassalarından, ADY-nin rəsmi saytından və ya "ADY Mobile" tətbiqindən əldə etmək olar.

Избранный
84
49
day.az

10Источники