RU

Bu dərman ABŞ-də rəsmi olaraq kütləvi qırğın silahı kimi tanındı

ABŞ Prezidenti Donald Tramp fentanilin (ağrını aradan qaldırmaq üçün istifadə edilən opioid analjezik - red.) kütləvi qırğın silahı kimi rəsmi olaraq təsnif edildiyini bildirən bir sərəncam imzaladığını elan edib.

"Unikal" xəbər verir ki, nun çıxışları  Ağ Evin YouTube kanalında yayımlandı.

"Bu gün imzalayacağım bu tarixi sərəncamla biz fentanili rəsmi olaraq kütləvi qırğın silahı kimi təsnif edirik və bu, məhz belədir. Heç bir bomba bunu edə bilməz", - deyə o bildirib.

Amerika liderinin sözlərinə görə, fentanil istifadəsi hər il 200.000-300.000 insanın ölümünə səbəb olur.

Bundan əvvəl Tramp Çin prezidenti Si Cinpinlə fentanil paylanması problemi də daxil olmaqla müxtəlif mövzuları müzakirə etdiyini bildirmişdi.

Избранный
54
31
unikal.az

10Источники