RU

Anahita 388 kosmetik əməliyyat keçirdi

ain.az, Axar.az portalına istinadən məlumat verir.

Sosial mediada məşhur simalardan biri kimi tanınan iranlı bloger Anahita Naço 388 kosmetik əməliyyat keçirdiyini deyib.

Axar.az xəbər verir ki, o, bu barədə Aydın Zəvvareinin Yutub kanalına verdiyi müsahibədə danışıb.

Naço Ginnesin Rekordlar Kitabına düşdüyünü və “dünyanın ən nazik beli”nə sahib olduğunu açıqlayıb.

Naço bildirib ki, kosmetik prosedurlara sevgilisinin xahişi ilə başlayıb və hazırda hər ay üzünün künclərinə və yanaqlarına 50 kub santimetr gel vurulmasına məcbur qalır.

Mütəxəssislər isə “ekstremal” kosmetik müdaxilələrin ciddi risklər daşıdığına diqqət çəkirlər. Həkimlərin xəbərdarlığına görə, bu cür prosedurlar toxumaların zədələnməsi, sinir zədələri və davamlı bakterial infeksiyalar da daxil olmaqla ağır fəsadlara yol aça bilər.

Müsahibə regional mediada geniş rezonans doğurub.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
93
1
axar.az

2Источники