RU

Naxçıvan DİN-dən silsilə əməliyyatlar

Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən son 1 ay ərzində muxtar respublikanın ayrı-ayrı şəhər, rayon və qəsəbələrində vətəndaş məmnunluğunun təmin edilməsi, cinayətkarlığın qarşının alınması və baş vermiş digər hüquqazidd əməllər törədən şəxslərin saxlanılaraq məsuliyyətə cəlb olunmaları istiqamətində silsilə əməliyyatlar keçirilib.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə DİN məlumat yayıb.

Avtomobillərdən silsilə oğurluqlar edən, avtomobillərin dövlət qeydiyyat nişanlarını oğurlayan, həmçinin mənzillərdən, ticarət obyektlərindən, əkin sahələrindən eləcə də digər məkanlardan pul, qızıl-zinət əşyaları, spirtli içkilər, məişət əşyaları, tikinti materialları oğurlayan 18 nəfər saxlanılaraq məsuliyyətə cəlb olunub.

Polis əməkdaşları tərəfindən keçirilən digər tədbirlər nəticəsində vətəndaşların etibarından sui-istifadə edərək, işə düzəltmək vədi ilə pullarını mənimsəyən 3 nəfər saxlanılıb.

Həmçinin narkotik vasitənin təsiri altında avtomobil idarə edən, avtomobil qaçıran 2 şəxs polis əməkdaşları tərəfindən keçirilən operativ tədbirlərlə saxlanılıb.

11 qanunsuz ağac kəsmə faktı müəyyən olunaraq 1 faktla bağlı cinayət işi başlanmış, digər faktlarla bağlı toplanmış materiallar müvafiq qaydada inzibati məsuliyyətə cəlb edilməsi üçün aidiyyəti üzrə göndərilmişdir.

Qeyd edilən dövr ərzində polis əməkdaşları tərəfindən qanunsuz olaraq saxlanılan 10 odlu silah, 2 qaz tapançası, 3 avtomat darağı, 578 patron, 1 əl qumbarası, 1 top mərmisi və 1 ədəd süngü bıçağı aşkarlanaraq götürülüb.

Keçirilmiş təxirəsalınmaz əməliyyat axtarış tədbirləri nəticəsində isə mülki hüquqi öhdəliklərin icrasından yayındıqlarına görə eləcə də cinayət məcəlləsinin müxtəlif maddələri ilə axtarışda olan 158 nəfər saxlanılıb.

“102” Xidməti-Zəng Mərkəzi vasitəsi ilə vətəndaşlardan daxil olan 2 minə yaxın müraciətə opetariv reaksiya göstərilib.

"Cebheinfo.az"

Избранный
60
7
cebheinfo.az

10Источники