RU

İtaliyada 4-cü nəsil yeni sualtı qayığın tikintisi başlayıb

İtaliya Hərbi Dəniz Qüvvələri üçün nəzərdə tutulan U212 NFS sinifli 4-cü dizel-elektrik sualtı qayığının ilk polad kəsmə mərasimi keçirilib. Tədbir Fincantieri gəmiqayırma zavodunda baş tutub.

Herbiand.az bildirir ki, layihə Avropa Silahlanma üzrə Əməkdaşlıq Təşkilatının (OCCAR) himayəsi altında həyata keçirilir.

Mərasimdə İtaliya Hərbi Dəniz Qüvvələri Baş Qərargahının sualtı donanma idarəsinin rəisi kontr-admiral Françesko Milazzo, OCCAR U212 NFS proqramının rəhbəri Deçio Trinka və digər rəsmi şəxslər iştirak ediblər.

U212 NFS sualtı qayıqlarının uzunluğu 58,3 metrə çatacaq. Onlar yenilənmiş döyüş sistemləri dəsti, yeni konfiqurasiya edilmiş döyüş məlumat mərkəzi və s. ilə təchiz olunacaqlar.

Silahlanmaya İtaliyanın Leonardo qrupu tərəfindən istehsal olunan təkmilləşdirilmiş Black Shark Advanced ağır torpedaları üçün altı 533 mm-lik boru daxildir. Bundan əlavə, qayıqların gəmi əleyhinə raketlər ata biləcəyi güman edilir. Lakin sualtı qayıqların arsenalına hansı gəmi əleyhinə raketlərin daxil ediləcəyi hələ məlum deyil.

Bəxtiyar CƏFƏRLİ

Избранный
105
herbiand.az

1Источники