RU

Mançester Yunayted dən təkrarlanması çətin rekord

Fanat saytından verilən məlumata görə, ain.az xəbər verir.

“Mançester Yunayted” tarixə düşən seriyasını davam etdirməyi bacarıb.

Fanat.Az xəbər verir ki, “qırmızı şeytanlar” Premyer Liqada “Bornmut”la oyunda çətinlik çəksələr də, “Old Trafford”dakı unikal rekordlarını qoruyublar.

Statistikaya əsasən, Mançester təmsilçisi 1984-cü ilin may ayından bəri liqada ev oyunlarında ilk hissəni öndə başa vurduğu matçlarda məğlubiyyət üzü görməyib. Bu göstərici artıq 394 oyuna çatıb. Həmin qarşılaşmaların 359-u qələbə, 35-i isə heç-heçə ilə yekunlaşıb.

Bu rəqəmlər “Old Trafford”un rəqiblər üçün nə qədər çətin arena olduğunu bir daha sübut edir.

Kamil Xudiyev

Abunə Ol

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
43
1
fanat.az

2Источники