RU

Almaniyadan Ukrayna ilə bağlı qərar: Ordu əraziyə göndəriləcək

GlobalInfo saytına istinadən ain.az xəbər verir.

Almaniya Ukrayna üçün yaradılması nəzərdə tutulan çoxmillətli qüvvələrdə öz qoşunlarının iştirakına icazə verə bilər.

Globalinfo.az-ın xəbərinə görə, bu barədə Bundestaqda Almaniya Sosial Demokrat Partiyası fraksiyasının rəhbəri Matias Mirş TASS-a açıqlamasında bildirib.

Onun sözlərinə görə, kansler Fridrix Merzin irəli sürdüyü təşəbbüs partiya tərəfindən tam dəstəklənir və hazırkı mərhələdə heç bir variant istisna edilmir.

Mirş qeyd edib ki, Alman qoşunlarının mümkün yerləşdirilməsi konkret vəziyyətdən və qarşıya qoyulan tapşırıqlardan asılı olacaq.

Bundan əvvəl Böyük Britaniyanın müdafiə naziri Con Hili bəyan edib ki, təhlükəsizlik zəmanətləri altında sülh əldə olunduqdan sonra Ukraynada beynəlxalq qüvvələrin yerləşdirilməsinə hazırlıq məqsədilə London hərbi maliyyələşdirməni artırır.

Tahir Turan

Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
120
globalinfo.az

1Источники