RU

Balakəndəki qəzada xəsarət alan şəxs xəstəxanada öldü

BAKI, 16 dekabr. TELEQRAF

Ötən gün Balakəndə baş verən qəzada yaralanan daha bir nəfər ölüb.

Teleqraf xəbər verir ki, rayonun Yeni Şərif kənd sakini 31 yaşı Şamil Saxalov müalicə aldığı Balakən Rayon Mərkəzi Xəstəxanasında dünyasını dəyişib.

Qeyd edək ki, yol-nəqliyyat hadisəsi rayonun Talalar kəndi ərazisində olub.

“VAZ-2106” və “VAZ-21015” markalı avtomobillər toqquşub. Nəticədə “VAZ-2106”nın sürücüsü 30 yaşlı Əyyub Anqbazov aldığı müxtəlif dərəcəli bədən xəsarətlərindən yerləşdirildiyi xəstəxanada ölüb. Digər nəqliyyat vasitəsinin sürücüsü 22 yaşlı Rufan Bayramov isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Faktla bağlı cinayət işi başlanılıb.

Избранный
65
17
teleqraf.com

10Источники