Fiziki baxımdan ən davamlı futbolçuların siyahısına Paraqvay millisinin və Braziliyanın “Atletiko Mineyro” klubunun müdafiəçisi Xunior Alonso başçılıq edir.
Belçikanın “Brügge” klubunun yarımmüdafiəçisi Hans Vanaken ikinci, Portuqaliya təmsilçisi “Benfika”da çıxış edən argentinalı Nikolas Otamendi üçüncü pillədə qərarlaşıb.
Araşdırmaya əsasən, ilk 50-likdə ən çox təmsil olunan ölkə Kolumbiya olub. Bu ölkədən yeddi futbolçunun siyahıya düşməsi yerli çempionatın sıx oyun təqvimi və futbolçuların fiziki hazırlıq səviyyəsi ilə əlaqələndirilir.
Hesabatda, həmçinin daxili yarışlar, beynəlxalq turnirlər və milli komandalar üzrə oynanılan dəqiqələrin bölgüsü təqdim olunub. Uzunmüddətli göstəricilərə görə, son iki ilin lideri argentinalı Nikolas Otamendi, son üç ilin birincisi portuqaliyalı Brunu Fernandeş, son dörd və beş ilin ən çox meydanda olan futbolçusu isə paraqvaylı Qustavo Qomesdir.
AzVision.az
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта