Qrip virusu gələcəkdə strukturunu dəyişə bilər ki, bu da onun insanlar üçün daha təhlükəli və yoluxucu olmasına səbəb olacaq...
Poliqon xəbər verir ki, bu barədə TASS-a tibb elmləri doktoru, yoluxucu xəstəliklər üzrə mütəxəssis və viroloq Yelena Malinnikova məlumat verib.
O qeyd edib ki, qripin Honkonq ştammı 1968-ci ildə ortaya çıxan və hələ də aktiv şəkildə dövriyyədə olan A tipli qrip (H3N2) virusudur.
Virusun dəyişməsi üçün "antigen dəyişikliyi" baş verməlidir. Malinnikova əlavə edib ki, bugünkü viruslar növ baryerini keçərək dəyişir, strukturları da dəyişir ki, bu da yoluxuculuğa səbəb ola bilər.
Viroloq əlavə edib ki, qrip koronavirus pandemiyasından bəri daha aktivləşib və daha çox insana təsir etməyə başlayıb.
Poliqon.info