RU

Bakıda Azərbaycan-Türkiyə hərbi əməkdaşlığına dair müzakirələr aparılıb (FOTO)

Bakı. Trend:

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnikZakir Həsənov 17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli HərbiDialoq İclasında iştirak etmək üçün ölkəmizdə rəsmi səfərdə olanTürkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargahının 2-cirəisi ordu generalı Levent Ergünün rəhbərlik etdiyi nümayəndəheyətini qəbul edib.

Bu barədə Trend-ə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, qardaş ölkənin nümayəndə heyəti Fəxri xiyabandaUlu Öndər Heydər Əliyevin və görkəmli oftalmoloq-alim, akademikZərifə xanım Əliyevanın məzarlarını, həmçinin Şəhidlər xiyabanı vəTürk Şəhidliyini ziyarət edib, əklil və gül dəstələri qoyaraqehtiram nümayiş etdirib.

Səfər çərçivəsində, həmçinin Zəfər parkı ziyarət olunub, Zəfərabidəsinin önünə əklil qoyulub.

Sonra Müdafiə Nazirliyində Türkiyə nümayəndə heyəti ilə görüşkeçirilib.

General-polkovnik Z.Həsənov Azərbaycan və Türkiyə arasındastrateji müttəfiqliyin dostluq və qardaşlıq münasibətləri üzərindəqurulduğunu bildirib, hərbi əməkdaşlığımızın daha da inkişafetdirilməsi istiqamətində həyata keçirilən tədbirlərin vacibliyiniqeyd edib. Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığınmühüm əhəmiyyət daşıdığını xüsusi vurğulayıb.

Ordu generalı L.Ergün isə öz növbəsində 17-ci Azərbaycan-TürkiyəYüksək Səviyyəli Hərbi Dialoq İclası ilə bağlı keçiriləcəkgörüşlərin Bakıda təşkilinə görə general-polkovnik Z.Həsənovatəşəkkürünü bildirib, ölkələrimiz arasında əlaqələrin qarşılıqlıinam, etimad və dəstəyə əsaslandığını diqqətə çatdırıb.

Görüşdə hər iki qardaş ölkə arasında hərbi, hərbi-texniki, hərbitəhsil sahələrində əməkdaşlığın yeni perspektivləri, həmçininregional təhlükəsizlik və maraq doğuran bir sıra digər məsələlərətrafında geniş fikir mübadiləsi aparılıb.

Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
Məqalədə:
Избранный
135
41
az.trend.az

10Источники