RU

Zəngilanda inşaat qalıqlarından istirahət məkanı yaradılıb

Yazını böyüt
Yazını kiçilt

Zəngilanın Ağalı və Məmmədbəyli kəndlərinin yaxınlığında, Həkəri çayı sahilində “Həkəri səfası” adlı istirahət məkanı yaradılıb.

Hafta.az xəbər verir ki, kəndlərin inşasında istifadə edilən tikinti materiallarının qalıqları ilə yaradılan bu məkanda gediş-gəliş və təbiət qoynunda gəzinti üçün cığırlar, məhəccərlər, söhbətgahlar quraşdırılıb.

Kəndlərin ərazisində müasir istirahət parkları olsa da, “Həkəri səfası” təbiət qoynunda piknik ərazisi kimi ərsəyə gətirilib.

Ağalı və Məmmədbəyli kəndlərinin sakinləri ilə bərabər, bu ərazilərə üz tutan qonaqlar, turistlər də Həkəri səfasının gözəlliyi ilə tanış ola bilirlər.

Избранный
17
2
hafta.az

3Источники