RU

Lavrov Yaxın Şərqdə və Afrikadakı münaqişələri Qərbin siyasəti ilə əlaqələndirib

Qərb öz problemlərini başqa xalqların hesabına həll etmək üçün öz sərhədlərindən minlərlə kilometr uzaqda böhranlar törədir”.

APA xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov TASS-a müsahibəsində bildirib.

“Dünyada fırtına davam edir və bunun səbəblərindən biri də Qərbin hakim dairələrinin öz problemlərini başqa xalqların hesabına həll etmək üçün öz sərhədlərindən minlərlə kilometr uzaqda böhranlar törətmələridir”, -Rusiya XİN rəhbəri Yaxın Şərqdə vəziyyət kəskin pisləşməsini və yayda Afrika qitəsində baş verən hadisələri şərh edərək deyib.

Lavrov Qərbin uzaq ölkələrdə böhran törətməsinə misal olaraq, NATO tərəfindən Yuqoslaviyanın bombalamasını, İraqda kütləvi qırğın silahlarının olması bəhanəsi ilə oranın işğal edilməsini, Liviya dövlətinin dağıdılmasını, Suriyaya müdaxiləni xatırladıb.

Rusiyalı diplomat bu siyahıya həm də NATO-nun genişlənməsini yolu ilə Şərqi Avropada silahlı münaqişənin başlanması və Ukraynanın anti-Rusiya meydançasına çevrilməsini daxil edib.

XİN başçısı HAMAS-İsrail münaqişəsi zonasında vəziyyətin gərginləşməsini də diqqətə çatdırıb.

Nazir Rusiya tərəfinin növbəti illərdə digər regionlarda vəziyyətin gərginləşəcəyini gözləməsi ilə bağlı sualı cavablandıraraq deyib:

“Digər bölgələrdə də münaqişə ocaqları var. Afrikanı qeyd etdik, amma Əfqanıstan və Koreya yarımadası da var. Çinin maraqlarına zidd addımların atılması ilə bağlı Pekinin dəfələrlə etdiyi xəbərdarlıqlara məhəl qoymayaraq, amerikalılar Tayvanda separatizm meyllərini açıq şəkildə təşviq edirlər”.

Избранный
307
34
apa.az

10Источники