RU

“AZAL təyyarəsinin vurulmasının səbəbi o idi ki...” Deputatdan kritik versiya

GlobalInfo saytına istinadən ain.az xəbər verir.

Globalinfo.az Milli Məclisin deputatı Elşad Musayevlə müsahibəni təqdim edir:

– Elşad bəy, Prezident İlham Əliyev Amnistiya Aktının qəbul olunması təşəbbüsü ilə Milli Məclisə müraciət edib. Ümumiyyətlə, bu məsələ bir neçə deputat tərəfindən dəfələrlə səsləndirilib və gündəmə gətirilib. Sözügedən prosesi necə dəyərləndirirsiniz? 20 mindən çox məhbusun azad olunacağı gözlənilir.

– Prezidentin bu təşəbbüsü humanizm baxımından olduqca mühüm addımdır. Amnistiya Aktı təxminən 20 min məhbusu əhatə edəcək. Onların bir qismi azadlığa buraxılacaq, bir qisminin isə cəza müddəti azaldılacaq. Burada əsas kateqoriyanı Qarabağ müharibəsində iştirak etmiş şəxslər təşkil edir. Müharibədə bu və ya digər formada iştirak edənlər üçün bu təşəbbüs əsas götürüləcək.

Bu proses yalnız məhbuslarla məhdudlaşmır. Onların ailə üzvlərini və yaxınlarını da nəzərə alsaq, təxminən 300 minə yaxın insan bu amnistiya aktı çərçivəsində Prezident tərəfindən mükafatlandırılmış olur.

– Son vaxtların əsas gündəmi Ramiz Mehdiyevdir. “Mehdiyev işi” çərçivəsində həbslərin sayı artır. Digər tərəfdən, Allahşükür Paşazadə və Mübariz Mənsimovun da Ramiz Mehdiyevlə əlaqələrinin olması ilə bağlı iddialar səslənir. Həmçinin baş nazirin sabiq birinci müavini Abbas Abbasov axtarışa verilib. Bu prosesi necə qiymətləndirirsiniz? Siyahı daha da genişlənə bilərmi? Ümumiyyətlə, Mehdiyevin qurduğu sistem düşünüləndən daha böyükdürmü?

– İstintaqın gedişini gözləmək lazımdır. Bu siyahıda müxtəlif adların hallanması mümkündür. Abbas Abbasovun axtarışa verilməsi çox ciddi məsələdir. Bu o deməkdir ki, dövlətin əlində konkret hüquqi əsaslar var.

Digər tərəfdən, bəzi şəxslər var ki, onlarla bağlı heç bir hüquqi tədbir görülməyib. Ola bilsin ki, kimsə qərəzli şəkildə onların adını hallandırır.

Bu, çox ciddi və həssas məsələdir. Şimal qonşumuz bölgədə agentura və casus şəbəkəsini güclü şəkildə yerləşdirməyə çalışır. Bu proseslərin də kökündə həmin faktorlar dayanır. “Ramiz Mehdiyev işi” ciddi nəticələrə səbəb olacaq və Azərbaycan dövlətinin təmizlənməsi baxımından mühüm mərhələdir.

– Rusiya–Azərbaycan münasibətlərini necə qiymətləndirirsiniz? Azərbaycan diasporunun keçmiş rəhbəri Şahin Şıxlinskinin həbsi diqqət çəkdi. Rusiya Azərbaycanla münasibətlərin normallaşmasında maraqlı deyilmi?

– Azərbaycan bir dövlət olaraq qonşu ölkələrlə, o cümlədən Rusiya ilə normal münasibətlərin qurulmasında maraqlıdır. Lakin Rusiya imperiya təfəkkürlü dövlətdir. Onun idarəetmə fəlsəfəsi ətraf regionları nəzarətdə saxlamaq və təsir dairəsini genişləndirmək üzərində qurulub.

Rusiya bu mövqeyini dəyişməlidir. AZAL-a məxsus təyyarənin qəsdən vurulması bunu bir daha sübut etdi. Rusiya Prezidenti Vladimir Putin iki dəfə üzr istədi ki, bu da Azərbaycanın gücünün göstəricisidir.

Onlar Rusiyada yaşayan diaspor nümayəndələrini Azərbaycana qarşı qaldırmaq istədilər, lakin buna nail ola bilmədilər. Daha sonra isə özlərinə yaxın agentura şəbəkələrinin üzvlərini diaspor rəhbəri etməklə Azərbaycana qarşı istifadə etməyə çalışdılar. Bu isə tamamilə qəbuledilməzdir.

– İranda dini qanad Azərbaycanla normallaşma siyasətinə qarşı çıxır. Sizcə, bunun səbəbi nədir?

– Ümumiyyətlə, İran Prezidenti Məsud Pezeşkianın Azərbaycana münasibəti normaldır və atdığı addımları da müsbət qiymətləndiririk. Lakin təəssüf ki, dini rəhbərlik və ona tabe olan güc strukturlarının mövqeyi fərqlidir. Bu yanaşma Rusiyanın tətbiq etdiyi siyasətin başqa bir formasıdır. İran dövləti, xüsusilə də dini qanad bu siyasəti dəyişməlidir. Aydın görünür ki, qərəzli yanaşmalar heç bir nəticə vermir. Ərəb ölkələrində yaratdıqları proksi qüvvələr darmadağın edildi, Suriyadan və digər ölkələrdən qovuldular.

Azərbaycandakı agentura şəbəkələri də çökdü. Hesab edirəm ki, həm Rusiya, həm də İran Azərbaycanla dinc qonşuluq və qarşılıqlı hörmət əsasında münasibətlər qurmağa çalışmalıdır.

Safura Bənnayeva

Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
135
globalinfo.az

1Источники