RU

Yol polisi yuxusuz sürücülərə XƏBƏRDARLIQ EDİB

Ajans.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin məlumatında bildirilir.

“Son dövrlərdə baş verən ağır yol-nəqliyyat hadisələrinin təhlili göstərir ki, istər yük, istərsə də sərnişin daşıyan nəqliyyat vasitələrini idarə edən sürücülərin iş və istirahət rejiminə əməl etməməsi, uzunmüddətli fasiləsiz idarəetmə, diqqət dağınıqlığı, eləcə də texniki cəhətdən nasaz və istismar müddətini başa vurmuş nəqliyyat vasitələri ilə hərəkət etməsi yol hərəkəti təhlükəsizliyinə ciddi təhdid yaradır. Bu cür hallar sürücünün idarəetmə qabiliyyətini zəiflədir, reaksiyanın gecikməsinə səbəb olur və nəticədə ağır nəticəli yol-nəqliyyat hadisələrinin baş vermə ehtimalını əhəmiyyətli dərəcədə artırır. Sürücüləri yorğun, yuxusuz halda sükan arxasına keçməməyə, yük və sərnişindaşıma fəaliyyəti göstərən subyektləri isə təhlükəsizlik tədbirlərinə ciddi əməl etməyə çağırırıq”,- deyə məlumatda vurğulanır.

Избранный
57
9
Ajans.az

10Источники