RU

Rusiya Zaporojyeyə zərbələr endirib, 26 nəfər yaralanıb

Rusiya Zaporojye və onun ətraf ərazilərinə bomba zərbələri endirib, nəticədə 26 nəfər yaralanıb.

"Far.Az"un Ukrayna KİV-inə istinadən verdiyi məlumata görə, bu barədə vilayət hərbi administrasiyasının rəhbəri İvan Fedorov öz teleqram kanalında yazıb.

"Zaporojye və Zaporojye rayonuna düşmən hücumu nəticəsində azı 21 nəfər, o cümlədən bir uşaq yaralanıb. Yaşayış evləri dağılıb, infrastruktur obyekti və təhsil müəssisəsi zədələnib", - o, teleqramda yazıb.

O, daha sonra yaralıların sayının 26-ya çatdığını bildirib.

İ.Fedorov həmçinin qeyd edib ki, bütün yaralılar lazımi tibbi yardım göstərilir.

Избранный
41
1
far.az

4Источники