2025-ci ilin yanvar-sentyabr ayları arasında ümumilikdə 110.800 nəfər Rusiya pasportu alıb. Bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 30,1% azdır.
AzPost-un məlumatına görə, demoqraf Yuliya Florinskaya “İzvestiya”ya verdiyi açıqlamada bildirib ki, Ermənistan vətəndaşları Rusiya pasportu alan ilk “beşlik” arasındadır.
O bildirib ki, Ermənistan vətəndaşlarından əlavə, ilk “beşliyə” Tacikistan, Qazaxıstan, Ukrayna və Özbəkistandan olanlar daxildir.