"Oskar" mükafatlandırma mərasimi 2029-cu ildən etibarən televiziyada göstərilməyəcək.
Publika.az xəbər verir ki, bu barədə Amerika Kino Sənətləri və Elmləri Akademiyası məlumat yayıb.
Məlumata görə, mərasim "YouTube" onlayn platformasında yayımlanacaq.
"Kinematoqrafiya Sənətləri və Elmləri Akademiyası və "YouTube" 2029-cu il, 101-ci mərasimdən başlayaraq 2033-cü ilə qədər davam edəcək razılaşmaya imza atıblar. Razılaşmaya əsasən, "Oskar" mükafatlandırma mərasimi ilə bağlı "YouTube"a eksklüziv qlobal hüquqlar verilir.