RU

“Azərpoçt” və “Simbrella” “SalaryNOW” xidmətini istifadəyə verdi

Bakı. Trend:

AZCON Holding şirkətlərindən olan “Azərpoçt” MMC beynəlxalqfintex şirkəti olan “Simbrella” ilə birlikdə innovativ maliyyəməhsulu – “SalaryNOW” xidmətini istifadəyə verib.

“SalaryNOW” – “Azərpoçt”un “AzPostMobile” tətbiqinə inteqrasiyaedilmiş, işçilərə - əməkhaqqının bir hissəsini ayın sonunugözləmədən əldə etməyə imkan verən sadə və rahat xidmətdir. Bu həllşəxsi maliyyənin idarə olunmasında yeni imkanlar yaradır və müasirdövrdə sürətli, şəffaf və istifadəsi asan maliyyə alətlərinə artantələbatı qarşılayır.

Xidmət istifadəyə verildiyi gündən böyük maraqla qarşılanıb vəistifadəçilər arasında sürətlə populyarlıq qazanır. Müsbət rəylər“SalaryNOW”un gündəlik maliyyə tələbatına çevik şəkildə nəzarətetmək istəyən insanların real ehtiyacına cavab verdiyinigöstərir.

“SalaryNOW”, eyni zamanda yerli bazarda təqdim olunan ən yeni vəqabaqcıl maliyyə xidmətlərindən biri kimi seçilir. Beləliklə, bumüasir model ölkədə rəqəmsal maaş həlləri üçün yeni bir standartformalaşdırır.

Bu xidmətin istifadəyə verilməsi ilə “Simbrella” və “Azərpoçt”əməkdaşlığı Azərbaycanda fintex ekosisteminin inkişafına töhfəverərək ölkəmizin müasir rəqəmsal maliyyə xidmətlərinə keçidinidəstəkləyən həllər təqdim edir.

Məqalədə:
Избранный
64
7
az.trend.az

8Источники