RU

Stomatoloqlardan pul tələb edən şəxslər tutuldu Foto

Qafqazinfo portalından verilən məlumata əsasən, ain.az bildirir.

Balakəndə özünü jurnalist kimi təqdim edərək stomatoloqlardan pul tələb edən şəxslər saxlanılıblar.

“Qafqazinfo” xəbər verir ki, rayonda özlərini jurnalist kimi təqdim edən iki nəfərin vətəbdaşlardan hədə-qorxu ilə pul tələb etmələri barədə polisə məlumat daxil olub.

Balakən RPŞ-nin keçirdiyi tədbirlərlə həmin şəxslər - 48 yaşlı Mübariz Nağıyev və 47 yaşlı Elmar Əliyev müəyyən edilərək saxlanılıb.

Bildirilib ki, onlar əsasən stomatoloqlara yaxınlaşaraq guya qanunsuz fəaliyyət göstərmələri barədə videoçəkiliş etməklə hədə-qorxu gəliblər və zərərçəkmişlərin müxtəlif məbləğlərdə maddi vəsaitlərini ələ keçiriblər.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Mübariz Nağıyev

Elmar Əliyev

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
47
17
qafqazinfo.az

10Источники