İki Tu-160M strateji bombardmançı və raket daşıyıcısı Rusiya Aerokosmik Qüvvələrinə qoşulub.
Herbiand.az bildirir ki, bu barədə dekabrın 17-də keçirilən hərbi idarənin yekun kollegiya iclasında Rusiyanın müdafiə naziri Andrey Belousov məlumat verib.
Qeyd edək ki, 2008-ci ildə raketdaşıyıcıların istehsalı dayandırılmışdı. 2015-ci ildə isə Tu-160-ın istehsalının modernləşdirilmiş versiyada bərpa ediləcəyi açıqlandı. Eyni zamanda, hazırda xidmətdə olan 16 ədəd Tu-160 təyyarəsinin hərtərəfli modernləşdirilməsi barədə qərar qəbul edilib.
Bəxtiyar CƏFƏRLİ