AZ

Rusiya aviasiyası modernləşdirilmiş iki Tu-160M ilə güclənib

İki Tu-160M ​​strateji bombardmançı və raket daşıyıcısı Rusiya Aerokosmik Qüvvələrinə qoşulub.

Herbiand.az bildirir ki, bu barədə dekabrın 17-də keçirilən hərbi idarənin yekun kollegiya iclasında Rusiyanın müdafiə naziri Andrey Belousov məlumat verib.

Qeyd edək ki, 2008-ci ildə raketdaşıyıcıların istehsalı dayandırılmışdı. 2015-ci ildə isə Tu-160-ın istehsalının modernləşdirilmiş versiyada bərpa ediləcəyi açıqlandı. Eyni zamanda, hazırda xidmətdə olan 16 ədəd Tu-160 təyyarəsinin hərtərəfli modernləşdirilməsi barədə qərar qəbul edilib.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
89
herbiand.az

1Mənbələr