Bakı. Trend:
“Barselona” yapon futbolçu ilə maraqlanır.
Trend xəbər verir ki, bubarədə xarici KİV-lər məlumat yayıb.
Məlumata görə, Kataloniya təmsilçisinin skautları YaponiyanınU-17 yığma komandasının hücumçusu Minato Yoşidanı izləyir.
İspaniya nəhəngi mövsümün sonunda mərkəz hücumçusunu transferetməyi planlaşdırır.
Hazırda “Kaşima Antlers”in formasını geyinən Yoşida özü dəAvropada oynamaqda maraqlıdır.