RU

Bu klub “Qarabağ”ın legioneri üçün növbəti həmləni edəcək – 3 milyonluq təklif

“Qarabağ”ın futbolçusu Pedro Bikalyo karyerasını Braziliyanın “Botofoqo” klubunda davam etdirə bilər.

İdmanxeber.az-ın məlumatına görə, “sambaçılar”  24 yaşlı yarımmüdafiəçinin transferi üçün Ağdam təmsilçisinə azı 3 milyon avro təklif etməyi planlaşdırır.

“Köhlən atlar” bu transferdən daha yaxşı gəlir əldə etmək istəyir və bu baxımdan da qarşı tərəfdən daha yaxşı təklif gözləyir.

Braziliya klubu yaxın günlərdə “Qarabağ”ın qapısını növbəti dəfə döyəcək.

Qeyd edək ki, P.Bikalyonun Ağdam klubu ilə müqavilə müddəti 2028-ci ilin yayına qədərdir.

Избранный
128
idmanxeber.az

1Источники