RU

Bakıya yaxın bu ərazilərdə mənziı qiymətləri ikiqat BAHALAŞDI

ain.az bildirir, Demokrat.az saytına əsaslanaraq.

"Artıq təkcə Sumqayıtda deyil, bütün bölgələrdə bahalaşma prosesi davam edir. Sumqayıt inkişaf edən, infrastrukturu genişlənən və əhalisi artan əsas şəhərlərimizdən biridir. Əmlak qiymətlərinin Sumqayıtda yüksəlməsinin bir neçə əsas səbəbi var".Bu sözləri Demokrat.az-a açıqlamasında iqtisadçı Vüqar Oruc deyib. O bildirib ki, birinci səbəb Bakıda daşınmaz əmlak qiymətlərinin həddindən artıq artmasıdır:"Urbanizasiya prosesi nəticəsində iş və təhsil məqsədilə Bakıya üz tutan region əhalisi həm kirayə, həm də alqı-satqı bazarında ciddi çətinliklərlə üzləşir. Bu səbəbdən plan və perspektivlər müəyyənləşdirilərkən Bakıya yaxın ərazilərə, xüsusilə Xırdalan və Sumqayıta maraq artır. Bu da qiymət artımına birbaşa təsir göstərir".Ekspert deyib ki, Sumqayıtın böyük inkişaf potensialı var və şəhər sürətlə böyüyür:"Burada əmlak bazarında bahalaşmanın əsas səbəbləri ümumi daşınmaz əmlak qiymətlərindəki artım tendensiyası və Bakıda mənzil tapmaqda çətinlik çəkən vətəndaşların alternativ olaraq yaxın şəhərlərə yönəlməsidir. Bakı şəhərində və onun ətraf ərazilərində münasib qiymətə mənzil tapa bilməyənlər Sumqayıtı daha əlverişli seçim kimi dəyərləndirirlər. Bu isə təbii prosesdir.Şəhərlərin böyüməsi fonunda maraq getdikcə mərkəzdən kənar ərazilərə yönəlir. Bu proqnozlara uyğun olaraq, Sumqayıtda müşahidə olunan mövcud qiymət artımı da məhz bu tendensiya ilə bağlıdır".Əfsanə Kamal

Demokrat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
39
demokrat.az

1Источники