RU

“Snus” yeniyetmələr üçün ciddi zəhərlənmə riski yaradır - Toksikoloqdan XƏBƏRDARLIQ

Məktəblilər arasında “snus” adlanan, saqqızabənzər və nikotin tərkibli məhsulun yayılması cəmiyyətdə ciddi narahatlıq doğurur. Uşaqların bu maddəni tərkibi və mümkün fəsadları barədə məlumatlı olmadan istifadə etməsi sağlamlıq baxımından riskləri daha da artırır.

Snus kimi nikotin tərkibli məhsulların yeniyetmələr tərəfindən istifadəsi orqanizm üçün hansı toksik və qısamüddətli risklər yarada bilər? Bu cür maddələr zəhərlənməyə səbəb ola bilərmi?

Mövzu ilə bağlı Redaktor.az-a danışan toksikoloq İsmayıl Əfəndiyev bildirdi ki, snus kimi nikotin tərkibli məhsullar yeniyetmələrdə real və klinik cəhətdən əhəmiyyətli zəhərlənmə riski yarada bilər:

"Xüsusilə inkişaf mərhələsində olan orqanizm üçün toksik və qısamüddətli təsirlər aşağıdakılardır:

Qısa müddətli təsirlər belə ciddi ola bilər və bəzi hallarda həyati təhlükə yaradan vəziyyətlərə gətirib çıxara bilər. Uşaqların bu məhsulları “zərərsiz saqqız” kimi qəbul etməsi xüsusilə təhlükəlidir.
Yeniyetmələr üçün əsas toksik və qısamüddətli risklər arasında sinir, ürək qan-damar, mədə-bağırsaq və s. sistemləri olur. Profilaktika baxımından valideynlərin, müəllimlərin və məktəb rəhbərlərinin maarifləndirilməsi, həmçinin uşaqlarla açıq və elmi əsaslı izahların aparılması mühüm əhəmiyyət daşıyır".

Nuriyyə NATİQQIZI

Избранный
142
1
redaktor.az

2Источники