RU

"FINCA Azerbaijan" MM QBKT-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

11 dekabr 2025-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "FINCA Azerbaijan" MM QBKT-nin istiqrazların ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdir.

FED.az BFB-yə istinadən xəbər verir ki, qeyd olunan AZ2012019207 ISIN kodlu istiqrazların yerləşdirilməsi üzrə hərrac 18.12.2025-ci il tarixində yekunlaşmışdır. 

Qeyd olunan qiymətli kağızların ticarət nəticələri “Bakı Fond Birjasında Qiymətli Kağızların Ticarətə Qəbulu, Listinqə Alınması, Listinqdə Saxlanılması və Delistinqi Qaydaları”-n 3.19 bəndinin tələblərinə cavab verdiyindən, adıgedən istiqrazlar Standart Bazar Listinq seqmentinə alınır.

İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentin profili” bölməsindən əldə edə bilərsiniz.

İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:

Emitentin adı

"FINCA Azerbaijan" MM QBKT

Dövlət qeydiyyat nömrəsi – İSİN

AZ2012019207

İstiqrazların növü və forması

Faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazlar

Ticarət üsulu/forması

Kütləvi/ Birqiymətli hərrac

İstiqrazların sayı

30,000 ədəd

İlkin ticarət qiyməti

100 ABŞ dolları

Buraxılış həcmi

3,000,000 ABŞ dolları

İllik gəlirlilik faizi

9%

Ödəmə periodu

İlk istiqrazın yerləşdirildiyi tarixdən etibarən hər 3 (üç) təqvim ayından bir (bir ayda 30 gün olduğunu qəbul etmək şərti ilə) ödənilir

Tədavül müddəti

24 ay

Sifarişlərin ümumi həcmi (nominal qiymətlə)

3,000,000 ABŞ dolları

Reallaşdırılmış həcm

3,000,000 ABŞ dolları

Hərrac qiyməti

100.00 ABŞ dolları

İnvestor sayı

54

Sifariş sayı

54

Anderrayter

  “Unicapital İnvestisiya Şirkəti” ASC

Избранный
48
3
fed.az

4Источники