RU

Özəl bu ölkədə Türkiyədən şikayətləndi: Ərdoğana meydan oxuyuruq, amma...

CHP sədri Özgür Özəl Avropa Sosialist Partiyasının (PES) Aİ Zirvəsi hazırlığı üçün liderlər görüşündə çıxış edib.

Publika.az xəbər verir ki, Özel Brüsseldəki çıxışında Türkiyədən şikayətlənib.

İstanbul Böyükşəhər Bələdiyyəsi (İBB) istintaqında ittihamnamənin gec hazırlandığını bildirən Özel, üç böyük şəhərin bələdiyyə başçıslarının həbsdə olduğunu söyləyib:

"Hakimiyyətdəki dəyərli qardaş partiyalarımızın liderləri bizimlə həmrəylik göstərməkdə tərəddüd edirlər. Bu, Ərdoğanın Türkiyədəki mövqeyini gücləndirir. Əkrəm İmamoğlu həbsdədir. Türkiyənin üç böyük şəhərinin - Antalya, Adana və İstanbulun bələdiyyə başçıları həbsdədir.

İttihamnamənin hazırlanması 9 ay çəkdi. 9 ay ərzində Türkiyədə ümumi 75 böyük mitinq keçirdik. Bununla Ərdoğana meydan oxuyuruq. Türkiyədə böyük bir mübarizə aparırıq. Hakimiyyət orqanlarının yaratdığı problemlərin həlli yerli hakimiyyət orqanlarında axtarılmamalıdır".

Избранный
59
publika.az

1Источники