RU

"Ailə öz işlərini həll edə bilər, Milli Məclis daha mühüm məsələlərə baxsın" - Novella Cəfəroğlu

Azərbaycanda Əmək Məcəlləsinə növbəli iş vaxtı rejiminin təşkili və gecə növbəsinə işçilərin cəlb olunması ilə bağlı dəyişkiliklər ediləcək. Təklifə əsasən, işçilər gecə növbəsinə təyin edilərkən onların xüsusi ehtiyacları, o cümlədən ailə vəzifələrinin yerinə yetirilməsi ilə bağlı vəziyyətləri əsaslandırıldığı və mümkün olduğu hallarda nəzərə alınmalıdır. 

Əmək Məcəlləsinə təklif olunan dəyişikliklərlə bağlı tanınmış hüquq müdafiəçisi, Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlunun fikirlərini öyrəndik. O, Redaktor.az-a bildirdi ki, Milli Məclisdə daha mühüm məsələlərə baxılmalıdır:

"İnsanlar dənizdə işləyirlər, aylarla ezamiyyətdə qalırlar, neftçilər isə neft daşlarında aylarla işləyirlər. Bu məsələlərdə onların məvaciblərinin artırılması məsələsinə baxsınlar. Neftçiləri baxmadan işdən azad edirlər, sonra onların necə yaşaması məsələsinə baxırlar. Ailə özü öz işlərini həll edə bilər, yalnız ailədə yaşayış imkanlarını təmin etmək məsələsini müzakirəyə çıxartsınlar!"

Nuriyyə NATİQQIZI

Избранный
133
1
redaktor.az

2Источники