RU

Masazırda liderlik uğrunda oyun Heyətlər

ain.az bildirir, sport24.az portalına istinadən.

Bu gün Misli Premyer Liqasında 1-ci turun təxirə salınmış oyunu keçiriləcək. Sport24.az xəbər verir ki, "Sabah" "doğma divalar" arasında "Qarabağ"ı qonaq edəcək.

Hazırda "Qarabağ" 33 xalla lider, aktivində 31 xal olan "Sabah" isə 2-cidir. Meydan sahibləri bu görüşdən qalib ayrılacağı halda zirvəyə yüksələcək. Qonaqlar Masazırdan 3 xalla qayıdacağı təqdirdə isə ilk pillədəki yerini bir qədər də möhkəmləndirəcək.

Qeyd edək ki, "Bank Respublika Arena" baş tutacaq görüşün start fiti saat 18:30-da səslənəcək.

Misli Premyer Liqası

I dövrə, I turdan təxirə salınmış oyun 

19:30. "Sabah" – "Qarabağ"

Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Vüqar HəsənliVAR: Tural QurbanovAVAR: Asiman ƏzizliHakim-inspektor: Vüsal ƏliyevAFFA nümayəndəsi: Erkin HüseynovMasazır. "Bank Respublika Arena".

"Sabah": 92. Stas Pokatilov (k) 6. Abdulax Xaybulaev 20. Coy Lens Mikels 21. Velko Simiç 40. İqor Noqeyra 80. Akim Zedadka 3. Stiv Solvet 27. Timoteuş Puxaç 13. İvan Lepiniça 33. Umarali Raxmonaliyev 19. Aron Maluda

Ehtiyat oyunçular: 55. Nicat Mehbalıyev 72. Rustam Samiqullin 17. Tellur Mütəllimov 46. Aleksey İsayev 2. Amin Seydiyev 5. Rəhman Daşdəmiro 88. Xəyal Əliyev 89. Cəfər Muxtarov 70. Cesse Sekidika 11. Kahim Parris 53. Andrey Santos

Baş məşqçi: Valdas Dambrauskas

"Qarabağ": 99. Mateus Koxalski 13. Bəhlul Mustafazadə 44. Elvin Cəfərquliyev 7. Nəriman Axundzadə 10. Abdullah Zubir (k) 81. Kevin Medina 2. Mateus Silva 9. Joni Montiel 15. Leandro Andrade 35. Pedro Bikalyo 17. Kamilo Duran

Ehtiyat oyunçular: 97. Fabian Buntiç 55. Bədavi Hüseynov 77. Ramil Şeydayev 27. Toral Bayramov 22. Musa Qurbanlı 32. Hikmət Cəbrayılzadə 8. Marko Yankoviç 3. Sami Mmae 18. Dani Bolt 6. Kris Kuaku 21. Aleksey Kaşuk 11. Emmanuel Addai

Baş məşqçi: Qurban Qurbanov

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
38
6
sport24.az

3Источники