RU

Türkiyə nəhəngi Alaba transferində sona yaxınlaşır

ain.az bildirir, Fanat portalına istinadən.

“Qalatasaray” transfer bazarında səs-küy yaradacaq bir addım üzərində işləyir.

Fanat.Az "Defensa Central" nəşrinə istinadən xəbər verir ki, “sarı-qırmızılılar” mövsümün sonunda “Real Madrid”lə müqaviləsi başa çatacaq David Alaba ilə yaxından maraqlanır.

Mövzu ilə bağlı Alabanın daha əvvəl söylədiyi fikirlər də diqqət çəkir. Təcrübəli futbolçu bildirib ki, uşaqlıq illərində Vyanada çoxlu türk dostları olub və məhz bu səbəbdən “Qalatasaray”a xüsusi simpatiyası var. Alaba qeyd edib ki, dostları ilə birlikdə “Qalatasaray”ın oynadığı derbi görüşlərini mütəmadi izləyib.

Digər tərəfdən, “Real Madrid”in gənc ulduzu Arda Güler də maraqlı bir detalı bölüşüb. Ardanın sözlərinə görə, Alaba tez-tez onunla zarafat edərək: “Sən fənərbağçalısan, mən isə qalatasaraylıyam” deyir.

Bu açıqlamalar fonunda David Alabanın Qalatasaraya transferi ehtimalı azarkeşlər arasında böyük maraq doğurub.

Kamil Xudiyev

Abunə Ol

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
53
1
fanat.az

2Источники