RU

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva ÜST-nin Avropa üzrə Regional Ofisinin xüsusi nümayəndəsi ilə görüşüb (FOTO)

Bakı. Trend:

Dekabrın 18-də Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEAİctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva ÜmumdünyaSəhiyyə Təşkilatının (ÜST) Avropa üzrə Regional Ofisinin İqlim vəSağlamlıq üzrə xüsusi nümayəndəsi Robb Butler ilə görüşüb.

Trend xəbərverir ki, görüşdə Leyla Əliyevaya iqlim və sağlamlıq sahəsindəgöstərdiyi səmərəli xidmətlərə, COP29 çərçivəsində fəal iştirakı vəmaarifləndirmə fəaliyyətinə, eləcə də ÜST-nin Pan-Avropa Səhiyyə vəİqlim Komissiyasının fəaliyyətinə verdiyi dəstəyə görə ÜmumdünyaSəhiyyə Təşkilatının xüsusi mükafatı təqdim olunub.

Söhbət zamanı IDEA İctimai Birliyi tərəfindən iqlimdəyişikliyinin mənfi təsirlərinin azaldılması istiqamətində həyatakeçirilən layihələr barədə ətraflı məlumat verilib, bu sahədə ÜSTilə Azərbaycan arasında mümkün əməkdaşlıq imkanları müzakirəolunub.

Tərəflər Xəzər dənizinin səviyyəsinin enməsinin ekoloji və insansağlamlığına potensial təsirləri barədə fikir mübadiləsi aparıb, buistiqamətdə birgə təşəbbüslər və beynəlxalq çağırışlarıngücləndirilməsi imkanlarını, o cümlədən Azərbaycanın ÜST-nin“Sağlam şəhərlər” şəbəkəsinə qoşulması perspektivlərini müzakirəediblər.

Bununla yanaşı, təmiz havanın insan sağlamlığına təsiri, havanınçirklənməsinin azaldılması və bu sahədə maarifləndirmətədbirlərinin gücləndirilməsi məsələləri müzakirə olunub.

Heydər
Heydər
Heydər
Heydər
Избранный
213
40
az.trend.az

10Источники