RU

İli erkən başa vurdu

Jeremi Dokyu ilə bağlı arzuolunmaz məlumat yayılıb.

"Football-plus.az" xəbər verir ki, “Mançester Siti”nin cinah hücumçusu zədə səbəbindən ili erkən başa vurub. Komandanın baş məşqçisi Xosep Qvardiola belçikalı futbolçunun bərpa prosesinin təxminən iki-üç həftə çəkəcəyini bildirib. O, həmçinin futbolçunun yalnız yanvarın 1-də “Sanderlend”lə keçiriləcək matçda heyətdə yer ala biləcəyini söyləyib.

Jeremi bu mövsüm MS-nin heyətində 22 oyuna çıxaraq 3 qol vurub və 6 məhsuldar ötürmə edib.

Избранный
49
1
football-plus.az

2Источники