RU

Bu ölkənin F-35 istəyi İsraili silkələdi: Türkiyəyə qoşulacaq

Qətər ABŞ-dan F-35 qırıcı təyyarələri almaq səylərini artırıb. Lakin İsrail bu vəziyyətdən narahatdır.

Publika.az xəbər verir ki, bu barədə İsrailin "Kanal 12" telekanalı məlumat yayıb.

Bildirilib ki, Qətər ABŞ-la F-35 qırıcı təyyarələrinin alınması ilə bağlı danışıqlar aparıb. Son təşəbbüs isə ABŞ prezidenti Donald Trampın noyabr ayında Səudiyyə Ərəbistanına F-35 satacağını elan etməsindən sonra ortaya çıxıb.

Telekanalın məlumatına görə, İsrail ilkin hazırlıq kimi görünən bu danışıqlardan narahatdır:

"Danışıqlar irəliləyərsə, Qətər F-35 almaq istəyən Səudiyyə Ərəbistanı və Türkiyəyə qoşulacaq. Digər tərəfdən, İsrail administrasiyası ABŞ-da Türkiyə və Səudiyyə Ərəbistanına mümkün satışlara qarşı fəal şəkildə lobbiçilik edir. Çünki Təl-Əviv administrasiyası F-35-lərin texnologiya baxımından öz F-35-lərini üstələyəcək şəkildə regional ölkələrə satılmasını istəmir".

Избранный
79
publika.az

1Источники