RU

Məhşur futbolçuya silahlı hücum edildi FOTO

Redaktor.az saytından alınan məlumata görə, ain.az bildirir.

Türkiyədə Kocaelinin İzmit rayonunda baş verən silahlı hücum nəticəsində üç nəfər yaralanıb.

Redaktor.az xəbər verir ki, yaralananlardan biri də peşəkar futbolçu Uğurcan Bekçidir.

Hadisə iki qrup arasında borc mübahisəsi zəminində baş verib. U.Bekçinin qasıq nahiyəsindən yaralandığı və ciddi qan itirdiyi deyilir.

Qeyd edilib ki, xəstəxanaya çatdırılan futbolçunun ürəyi iki dəfə dayanıb. Onun müalicəsi hazırda reanimasiyada davam etdirilir.

Digər iki yaralının vəziyyəti stabildir.

Hadisə ilə bağlı araşdırma davam edir.

Qeyd edək ki, U.Bekçi Kocaelidə “Kocaelispor” başda olmaqla, “Kağıtspor”, “Körfez”, “Kocaeli Güneşspor” və “Belediye Derincespor” komandalarının formasını geyinmiş cinah oyunçusudur./Qafqazinfo

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
51
6
redaktor.az

7Источники