RU

Tramp Ukrayna üçün 400 milyon dollarlıq müdafiə büdcəsini imzalayıb

ABŞ Prezidenti Donald Tramp Ukraynaya 400 milyon dollar yardım nəzərdə tutan 2026-cı maliyyə ili üçün Milli Müdafiə Səlahiyyəti Qanununu imzalayıb.

Missiya.Az xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.

Bildirilib ki, sənəddə hərbi obyektlərin tikintisi, Energetika Nazirliyinin milli təhlükəsizliyi, kəşfiyyat orqanları, eləcə də ABŞ Dövlət Departamentinin fəaliyyəti ilə bağlı proqramlarının maliyyələşdirilməsi nəzərdə tutulur.

Əsas müddəalardan biri Amerika hərbçilərinin baza maaşlarının artırılmasıdır.

Qanun ABŞ hökumətinə milli təhlükəsizlik, xarici siyasət, daxili işlər, ticarət və məhkəmə hakimiyyəti sahələrində müvafiq səlahiyyətlər verir.

Qeyd olunub ki, bu sənədin müddəaları 2026-cı ildə Ukraynaya 400 milyon dollar məbləğində yardımı əhatə edir.

Daşqın HəsənovMissiya.Az

Избранный
80
missiya.az

1Источники