RU

Qlobal təbii qaz istehlakındakı artımın 1,5 faiz olacağı gözlənilir

Bakı, 19 dekabr, AZƏRTAC

Cari ildə qlobal təbii qaz istehlakının artımı 1,5 faiz səviyyəsində proqnozlaşdırılır.

AZƏRTAC xəbər verir ki, bu barədə Qaz İxrac Edən Ölkələr Forumunun (GECF) hesabatında deyilir.

Bildirilir ki, noyabr ayında ABŞ-ın təbii qaz istehlakı illik müqayisədə 3,7 faiz artaraq 79 milyard kubmetrə çatıb. Bu, daha çox yaşayış evlərində istehlakın və kommersiya tələbatının artması ilə əlaqədardır. Bu ilin oktyabrında isə Çinin təbii qaz tələbatı illik müqayisədə 0,6 faiz artaraq 35,6 milyard kubmetr olub.

Hesabata görə, cari il üçün qlobal təbii qaz hasilatının isə 1,7 faiz artacağı gözlənilir. Bu, əsasən Şimali Amerikada hasilatdakı güclü artımla əlaqədardır. Həmçinin noyabrda ABŞ-da qaz hasilatı əvvəlki ilin eyni ayı ilə müqayisədə 6,8 faiz artaraq 93,2 milyard kubmetr təşkil edib.

Избранный
109
azertag.az

1Источники