RU

ABŞ daha iki qayığı vurdu: Ölənlər var

ain.az, Cebheinfo portalına istinadən məlumat yayır.

ABŞ ordusu narkotik daşıdığı iddia edilən qayıqlara hücumu davam etdirir. 

"Cebheinfo.az" xəbər verir ki, ABŞ-nin Cənub Komandanlığının (SOUTHCOM) verdiyi məlumata görə, Sakit Okeanın şərqində həyata keçirilən əməliyyatda iki qayığa hücum edilib və nəticədə beş narko-terrorçu öldürülüb. ABŞ ordusunun son dövrlərdə həyata keçirdiyi qayığa hücumlarda azı 104 nəfərin öldüyü bildirilir və bu hücumlar beynəlxalq ictimaiyyət tərəfindən tənqid olunur.

SOUTHCOM-un açıqlamasında qeyd olunub ki, “Cənub Mizrağı Əməliyyatı” çərçivəsində ABŞ Müdafiə Naziri Pit Heqsetin göstərişi ilə terror təşkilatı kimi tanınan qruplara məxsus iki qayığa zərbə endirilib.

Əldə olunan kəşfiyyat məlumatları, həmin qayıqların tanınmış qaçaqmalçılıq marşrutu üzərində narkotik daşıdığını təsdiqləyib: “Bu əməliyyatlar zamanı birinci qayıqda 3, ikinci qayıqda isə 2 olmaqla ümumilikdə 5 narkoterrorçu zərərsizləşdirilib. ABŞ hərbi personalı arasında itki yoxdur”.

Nigar Hacılı 

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
120
1
cebheinfo.az

2Источники