RU

Çindən Tayvana qırmızı xətt xəbərdarlığı

Çin ABŞ-nin Tayvana silah satışı ilə bağlı qərarına sərt reaksiya verib. Rəsmi Pekin bu cür addımların regionda gərginliyi artıracağını və ağır nəticələrə yol aça biləcəyini bəyan edib.

News365.az-ın məlumatına görə, Çin Xarici İşlər Nazirliyinin sözçüsü Quo Ciakun keçirdiyi brifinqdə Vaşinqtonun Tayvana 11 milyard dollar dəyərində müasir silahların satışına icazə verməsini şərh edib. O bildirib ki, Tayvan məsələsi Çinin fundamental maraqlarına aiddir və bu mövzu heç bir halda xarici müdaxilənin predmetinə çevrilməməlidir.

Nazirlik sözçüsünün sözlərinə görə, Çin üçün bu məsələ “qırmızı xətt” hesab olunur və onun aşılması qəbuledilməzdir. Quo Ciakun vurğulayıb ki, Tayvanın müstəqilliyi ideyası ilə Tayvan boğazında sülh və sabitlik bir arada mövcud ola bilməz.

Rəsmi açıqlamada qeyd olunub ki, adanın silahlandırılması istiqamətində atılan istənilən addım bölgədə vəziyyəti daha da gərginləşdirəcək və ciddi siyasi nəticələr doğura bilər. Çin tərəfi ABŞ-ni bu cür qərarlardan çəkinməyə çağırıb.

News365.az

Избранный
97
news365.az

1Источники