RU

İran Prezidenti bu dəfə də təsbehi ilə gündəmə gəldi FOTO

ain.az bildirir, Olke.az portalına istinadən.

İran Prezidenti Məsud Pezeşkian bu dəfə də təsbehi ilə gündəmə gəlib.

Ölkə.Az xəbər verir ki, buna səbəb Pezaşkianın əlindəki təsbehin ucunda ay və ulduz simvollarının yer alması olub.

Bir qisim sosial şəbəkə istifadəçisi İran liderinin təsbehindəki ay və beş guşəli ulduzu türklük simvolu kimi dəyərləndirib.

Qeyd edək ki, Məsud Pezeşkian 1954-cü ildə Qərbi Azərbaycan ostanının Məhabad şəhərində doğulub. O, BBC-yə verdiyi bir açıqlamasında özünün türk olduğunu və Azərbaycanda doğulduğunu bildirib.

Pezeşkian bundan əvvəl Azərbaycan dilində olan çıxışları ilə də gündəmə gəlmişdi.

Billurə

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
64
2
olke.az

3Источники