RU

AzTU elmi analitik platformaya qoşulub

Bakı, 19 dekabr, AZƏRTAC

Azərbaycan Texniki Universiteti (AzTU) beynəlxalq elmi nəşriyyat və analitik xidmətlər üzrə aparıcı qurumlardan biri olan “Elsevier” şirkəti ilə əməkdaşlıq çərçivəsində “SciVal” elmi-analitik platformasına çıxış əldə edib.

AZƏRTAC xəbər verir ki, bu məqsədlə tərəflər arasında müvafiq müqavilə imzalanıb və sözügedən sənədə əsasən AzTU-nun akademik və inzibati heyəti üçün SciVal platformasından istifadə imkanları yaradılıb.

“SciVal” platforması ali təhsil və elmi-tədqiqat müəssisələrində elmi fəaliyyətin kəmiyyət və keyfiyyət göstəricilərinin təhlili, institusional performansın qiymətləndirilməsi, elmi əməkdaşlıq şəbəkələrinin müəyyənləşdirilməsi, habelə tədqiqatların qlobal elmi mühitdə mövqeyinin monitorinqi məqsədilə geniş şəkildə tətbiq olunan beynəlxalq analitik alətdir. Bu platformadan istifadə AzTU-da elmi tədqiqatların idarə olunması prosesinin təkmilləşdirilməsinə, strateji planlaşdırmanın məlumat əsaslı yanaşma üzərində qurulmasına və universitetin beynəlxalq reytinqlərdə mövqeyinin gücləndirilməsinə xidmət edəcək.

Избранный
103
azertag.az

1Источники