RU

İkili diplomların maliyyələşdirilməsi ali təhsildə həm kəmiyyət, həm də keyfiyyət baxımından baxımından özünü göstərəcək

Bakı, 19 dekabr, AZƏRTAC

Nazirlər Kabinetinin “Beynəlxalq ikili diplom proqramlarının həyata keçirilməsinin maliyyələşdirilməsi Qaydası”nı təsdiqləməsi bu istiqamətdə çox böyük töhfələrə səbəb olacaq. İkili diplom proqramlarının əsas meyarlarından biri çox ciddi maliyyə vəsaiti tələb etməsidir. Dövlət tərəfindən bu addımın atılması bu sahədə ciddi inkişafa gətirib çıxaracaq. Bu inkişaf həm kəmiyyət, həm də keyfiyyət baxımından özünü göstərəcək.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində təhsil eksperti Elmin Nuri deyib. O bildirib ki, hazırda Azərbaycanda ikili diplom proqramlarının sayı elə də çox deyil: “Doğrudur, sosial şəbəkələrdə və onlayn mediada bu barədə yanlış məlumatlar paylaşılır. Amma ümumilikdə dünyada qəbul olunan standartlara əsasən, bizdə bu proqramların sayı kifayət qədər deyil.

Nazirlər Kabinetinin qəbul etdiyi maliyyələşmə qaydası bütün xərcləri və standartları əhatə edən mexanizm olaraq təqdim edildi. Bu, bir çox universitetlərin inkişafına səbəb olacaq. İkili diplom proqramları yerli universitetlər üçün təcrübə mübadiləsi, müqayisə prinsipi ilə özünüinkişaf mexanizmi, müəllim mübadiləsi və nəzəri-praktiki biliklərin artırılması baxımından çox vacibdir. Bu istiqamətdə hər universitet addım ata bilmirdi. Amma Dövlət Neft Fondunun vəsaiti hesabına bu proqramların maliyyələşdirilməsi universitetlərimiz üçün ciddi inkişaf imkanları yaradacaq.

Əsasən tədqiqat sahəsində bu qərar təsirini göstərəcək. Çünki proqramlara cəlb olunan xarici universitetlər və onların kadr heyəti müasir ali təhsil və elmi yeniliklər baxımından qabaqcıl şəxslərdir. Onların təcrübəsi bizim üçün çox qiymətlidir və yeni qaydalar həmin təcrübələrin əldə olunmasına şərait yaradacaq”.

 

Избранный
85
1
azertag.az

2Источники