RU

Müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

Bakı.Trend:

Müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyəçıxarılır.

Trend xəbərverir ki, bu barədə AYNA məlumat yayıb.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) sərnişindaşımaxidmətinin keyfiyyətinin artırılması ilə bağlı tədbirlərçərçivəsində Bakı–Gəncə, Bakı-Sınıq Körpü (Qazax sərhəd-keçidməntəqəsi), Bakı-Laçın, Bakı–Mingəçevir, Bakı-Şəki, Sumqayıt- SınıqKörpü (Qazax sərhəd-keçid məntəqəsi), Bakı-Göyçay, Sumqayıt-Ağdam,Sumqayıt-Cəbrayıl, Sumqayıt-Kürdəmir, Sumqayıt-Yalama(Xaçmaz),Gəncə-Balakən, Ağcabədi-Gəncə, İmişli-Sumqayıt, Gəncə-Mingəçevir,Bərdə–İsmayıllı, Mingəçevir-Gəncə, Mingəçevir-Horadiz,Mingəçevir-Bərdə, Bərdə-Mingəçevir, Gəncə-Qazax, Qazax-Gəncəşəhərlərarası, Aşağı Atuc kəndi (Quba) - Heydər Əliyev prospekti(Mərkəzi Bazar), Burunqovaq (Samux) - Gəncə (Dəmiryol vağzalı),Qaraarx (Samux) - Gəncə (Dəmiryol vağzalı) istiqamətlərində,həmçinin qanunvericiliyin tələblərinə uyğunlaşdırılması məqsədilə142, 551, 555 və 592 nömrəli şəhərətrafı avtobus marşrutlarınımüsabiqəyə çıxarır.

Müsabiqə “Avtomobil nəqliyyatı haqqında” Qanuna, NazirlərKabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə təsdiqedilmiş “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili(rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalqmarşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasınadair müsabiqənin keçirilməsi Qaydası”na uyğun olaraq təşkiledilir.

Sənədlər 17 yanvar 2026-cı il, saat 17:00-dək Azərbaycan YerüstüNəqliyyat Agentliyində (ünvan: Bakı şəhəri, Hacı Məmmədov küçəsi 5;əlaqələndirici şəxs: Anar Məmmədov (Mob: 050-444-10-75, e-poçt:[email protected]) qəbul ediləcək.

Qeyd edək ki, müsabiqəyə əsas avtobuslarla yanaşı, ehtiyatnəqliyyat vasitələri də təqdim olunmalıdır.

İddiaçıların təkliflərinə komissiya tərəfindən Bakı–Gəncə,Bakı-Sınıq Körpü (Qazax sərhəd-keçid məntəqəsi), Bakı-Laçın(Laçın-Həkəri-Zəngilan yolu), Bakı– Mingəçevir, Bakı-Şəki,Sumqayıt- Sınıq Körpü (Qazax sərhəd-keçid məntəqəsi), Bakı-Göyçayistiqamətlərində 8 lot üzrə yanvarın 23-də;

Sumqayıt-Ağdam, Sumqayıt–Cəbrayıl, Sumqayıt-Kürdəmir,Sumqayıt-Yalama (Xaçmaz), Gəncə-Balakən, Ağcabədi-Gəncə,İmişli-Sumqayıt istiqamətlərində 7 lot üzrə yanvarın 27-də;

Gəncə-Mingəçevir, Bərdə–İsmayıllı, Mingəçevir-Gəncə,Mingəçevir-Horadiz, Mingəçevir-Bərdə, Bərdə-Mingəçeviristiqamətlərində 7 lot üzrə yanvarın 30-da;

Gəncə-Qazax və Qazax-Gəncə istiqamətlərində 8 lot üzrə fevralın3-də;

Aşağı Atuc kəndi (Quba) - Heydər Əliyev prospekti (Mərkəzibazar), Burunqovaq (Samux) - Gəncə (Dəmiryol vağzalı), Qaraarx(Samux) - Gəncə (Dəmiryol vağzalı) istiqamətlərində və 142 nömrəli(metronun "20 Yanvar" stansiyası - Masazır kəndi) şəhərətrafı, 551nömrəli (Bakı BAK - Atyalı yaşayış massivi) şəhərətrafı, 555nömrəli (Sumqayıt şəhər avtovağzalı - Müşfiqabad qəsəbəsi)şəhərətrafı və 592 nömrəli (Gorədil qəsəbəsi - Xırdalan şəhəri)şəhərətrafı avtobus marşrutları üzrə 7 lot üzrə fevralın 6-dabaxılacaq.

Lotlar üzrə marşrutların qrafikləri haqqında məlumatı buradanəldə edə bilərsiniz.

Şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili)marşrut xətləri qanunvericiliyin tələblərinə uyğun olaraq mərhələliqaydada müsabiqəyə təqdim edilir. Məqsəd sərnişindaşıma sahəsindəgöstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığınınartırılmasıdır.

Məqalədə:
Избранный
51
14
az.trend.az

10Источники